Alman alim Xocalını Avropada Srebrenisadan sonra ikinci ən dəhşətli soyqırımı adlandırıb

26.02.2021

Avropadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Alman alim Dr. Mixael Raynhard Hessin “nex24.news” onlayn xəbər portalında Xocalı qətliamından bəhs edən “Tarixin üç mənası“ adlı məqaləsi yayımlanıb. Məqalənin müəllifi Xocalı dəhşətlərini həm tarixçilərin, həm faciə qurbanlarının, həm də yazıçıların prizmasından təhlil edib. Müəllif 26 fevral 1992-ci ildə Xocalıda törədilənləri müharibə cinayəti kimi qiymətləndirib və onu qurbanların sayına görə, Srebrenitsadan sonra, Avropanın ikinci ən dəhşətli genosidi adlandırıb.
Dr. Hess Xocalı qətliamının dəhşətlərini “Müharibə uşaqları” kitabından tərcümələr verməklə oxucuların diqqətinə çatdırıb. Alim Xaçatur adlı erməni əsgərinin 13 yaşlı azərbaycanlı gənci diri-diri pəncərəyə mismarlamasını, digər üç uşağın, eləcə də hamilə ananın körpə övladının gözləri önündə öldürülərək itlərə yem edilməsini, gənc qızın üzərinə benzin tökülərək diri-diri yandırılılmasını tam açıqlığı ilə təsvir edib.
Alman müəllif Haaqa Beynəlxalq Məhkəməsinin müharibə cinayətlərində təqsirli bildiyi uqandalı hərbi komandan Dominik Onqvenlə Serj Sarkisyanın tutarlı müqayisəsini apararaq, bütün müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsnin hələ də gec olmadığını əsaslandırıb.
Məqalə ilə daha ətraflı şəkildə aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://nex24.news/2021/02/drei-bedeutungen-von-geschichte-zum-massenmord-von-xocali-chodschali/