Finlandiyada Xocalı soyqırımı ilə bağlı elektron lövhə quraşdırılıb

26.02.2021

Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzində dəmiryolu vağzalında və metro stansiyasında “Xocalıya ədalət!” şüarı yazılmış rəqəmsal lövhələr quraşdırılıb. İri ekranlarda nümayiş etdirilən və şəhər mərkəzində insanların ən sıx olduğu yerdə quraşdırılan ekranda, həm də Xocalı soyqırımı ilə bağlı internet saytı təqdim edilib.
Elektron lövhə 3 gün müddətində (26-28 fevral tarixlərində) nümayiş etdiriləcək. Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə həyata keçirilib.