Hollondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb
ABŞ-ın Florida ştatının Holondeyl Biç şəhər meri Coy F. Kuper Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb. Bəyannaməyə əsasən Xocalı soyqırımının 29-cu ildönümündə soyqırım qurbanlarının xatirəsi yad ediləcək.
Belə bir bəyannamənin qəbul edilməsi Floridada yaşayan soydaşlarımız və diaspor təşkilatlarımız, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası və Florida Azərbaycan icmasının səyləri nəticəsində mümkün olub.
Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru və Florida ştatının Aventura şəhərinin meri, Men ştatının Portlənd şəhərinin meri və İllinoys ştatının Skoki şəhərinin meri tərəfindən də oxşar bəyanatlar qəbul edilib.
Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımını tanıyan ştatların sayının daha da artması Azərbaycan diasporunun uğurudur.