Soydaşlarımız Gürcüstan parlamentini Xocalı soyqırımını tanımağa çağırıb
Gürcüstanda yaşayan azərbaycanlı icması ölkə parlamentini 29 il öncə ermənilər tərəfindən törədilən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırıb.
55 təşkilat və ictimai xadimin imzaladığı birgə bəyanat Gürcüstan Prezidenti Salome Zurabişviliyə, Baş nazir Giorgi Qaxariaya, parlament sədri Arçil Talakvadzeyə, Xarici İşlər Nazirliyinə, Ombudsman aparatına və digər qurumlara, Amerika və Avropanın Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinə ünvanlanıb.
Xocalı soyqırımı barədə ətraflı məlumatın verildiyi bəyanatda bildirilib ki, indiyədək dünyanın bir sıra ölkələri bu dəhşətli faciənin soyqırım kimi tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edib.
Azərbaycan əsilli vətəndaşların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, onun inkişafına var qüvvələrilə xidmət göstərdiklərini xatırladan soydaşlarımız Gürcüstan parlamentini bu qəddar çinayətə səssiz qalmamağa səsləyib: "Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların – mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız".
Bəyanat müəllifləri qeyd ediblər ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibətin yeni cinayətlərin qarşısını alacağına inanırıq: "Biz artıq "Terrora yox!" şüarı ilə deyil, "Dünyada sülh və barış!" çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik. Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə yürüş etsin".
Sözügedən çağırış bəyanatını aşağıdakı təşkilatlar və şəxslər imzalayıb:
1. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi
2. Gürcüstan Azərbaycanlı Aktiv Qadınlar Asossiyasiyası
3. Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Asossiyasiyası
4. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyi
5. Yenidən Qurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz”
6. Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi
7. Milli Azlıqlar üzrə Monitorinq Qrupu
8. Qeyrət Xalq Hərəkatı
9. Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyi
10. “Varlıq” Mədəniyyət Mərkəzi
11. “Salam” Mədəni Xeyriyyə Cəmiyyəti
12. Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası
13. Borçalı-İrəli İctimai Birliyi
14. İnkişaf və Təhsil Mərkəzi
15. Gürcüstan Lider Media Təşkilatı
16. Bolnisi Mədəniyyət Mərkəzi
17. Ozan İctimai birliyi
18. UNİON Gənclər Təşkilatı
19. Böyük Birlik Təşkilatı
20. Qarayazı Dirçəliş İttifaqı
21. Sadaxlı Dirçəliş İttifaqı
22. Əhli-Beyt Cəmiyyəti
23. Kvemo-Kartli Vətəndaş Cəmiyyətinin İnkişafı İnsitutu
24. Azərbaycanlıların Mədəniyyət Mərkəzi
25. Loğman Təşkilatı
26. Mirzə Fətəli Axunzadə adına Tbilisi Mədəniyyət Muzeyi
27. ERA Teatrı
28. Azərbaycanın Yazıçılar Birliyinin Gürcüstan Nümayəndəliyi
29. Borçalı Biznesmenlər Birliyi
30. Rustavi Azərbaycanlılarının İctimai Təşkilatı
31. Yaradıcı Gənclər Akademiyası
32. Gürcüstan Həmrəylik Hərəkatı
33. “Darvaz” Mədəni-Xeyriyyə Cəmiyyəti
34. Gürcüstan Azərbaycanlı Gənclər Forumu
35. “Sarvan” Folklor Ansambılı
36. “Dostluq Yolu” İctimai Təşkilatı
37. İnteqrasiya Elmi Mədəni Araşdırmalar Mərkəzi
38. Elmi Araşdırmalar Asossiyasiyası
39. “İmam Əli” Xeyriyyə Fondu
40. “Əmin” Xeyriyyə Fondu
41. Gürcüstan Müsəlmanlar idarəsinin şeyxi Ramin İgidov
42. UNESCO Ümumdünya Rəssəmlar İttifaqınn və Gürcüstan Rəssamlar İttifaqının üzvü Rizvan İsmayılov
43. Professor Mahmud Hacıxəlilov (Kamaloğlu)
44. Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev
45. Gürcüstan Parlamentinin keçmiş deputatı Azər Süleymanov
46. Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan Hacıyev
47. Gürcüstan Parlamentinin keçmiş deputatı Əli Məmmədov
48. İmam Əli Məscidinin axundu Hacı Hacıyev
49. İmam Hüseyn Məscidinin axundu Əziz Nəbiyev
50. Gürcüstan İslam Araşdırmaları Mərkəzi
51. Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi
52. Əhli-Beyt Aşiqləri Forumu
53. Marneuli Gənclər Mərkəzi
54. “Təmiz Xəbər” Media Təşkilatı
55. Azərbaycan Mədəniyyətinin İnkişaf Mərkəzi