Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə videogörüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşəbbüsü ilə Amerika Azərbaycanlıları Koordinasiya Şurasının (AAKŞ) virtual toplantısı keçirilib.
Tədbirdə Koordinasiya Şurasını təmsil edən Telman Cəlilov, Ercan Yerdələnli, Münəvvər Vahabova, Fərid Məmmədov, Arzu Məmmədova, Aytac Qasımova, Qarabağ Atları Xilası Birliyinin və Amerika Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, DİDK-nin şöbə müdiri Səlhət Abbasova çıxış ediblər.
Toplantı iştirakçıları Koordinasiya Şurasının 2021-ci il üçün nəzərdə tutulmuş fəaliyyət planı, Azərbaycan həqiqətlərinin, Qarabağın zəngin mədəni irsinin dünyada təbliği, xarici KİV-lərin daha geniş məlumatlandırılması, sosial media şəbəkələrində fəallığın artırılması və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə Koordinasiya Şurasının fəaliyyət bölgüsünü müəyyən edən alt komitələrin yaradılmasına dair təkliflər irəli sürülüb. ABŞ-ın Texas ştatında fəaliyyət göstərən Qarabağ Atları Xilası Birliyinin və Amerika Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov səsvermə yolu ilə AAKŞ üzvlüyünə qəbul edilib.