Soydaşlarımız ABŞ-ın yeni hökumətinə dəstəklərini ifadə edirlər

30.01.2021

Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) Birləşmiş Ştatların 46-cı Prezidenti Cozef Robinett Bayden və vitse-prezident Kamala Harrisin andiçmə mərasiminə, Entoni Blinkenin dövlət katibi vəzifəsinə təsdiqlənməsinə soydaşlarımızın mövqeyini və dəstəyini bildirmək məqsədilə məktub kampaniyaları təşkil edib.
ABŞ Prezidentinə və vitse-prezidentə ünvanlanan məktubda 2021-ci il yanvarın 20-də gerçəkləşdirilmiş andiçmə mərasimi Amerika tarixində dönüş nöqtəsi kimi qiymətləndirilib. 400.000 nəfərlik Azərbaycan mənşəli amerikalı və 500.000 nəfərlik Türk-Amerika cəmiyyətinin fəal üzvü adından ABŞ Prezidentinə və vitse-prezidentinə təbriklər ünvanlanıb.
Soydaşlarımız həmçinin Ağ Evin yeni administrasiyasının ABŞ-ın əvəzolunmaz müttəfiqləri olan Azərbaycan, Türkiyə və İsrail ilə əlaqələri daha da inkişaf etdirəcəyinə və xalqlarımız arasındakı əlaqələri gücləndirəcəyinə ümid etdiklərini bildiriblər.
Entoni Blinkenə ünvanlanan məktubda isə ABŞ-ın Orta Şərqdə və daha böyük bölgədə xarici siyasətinin həyata keçirilməsində yeni dövlət katibinin əsas rol oynadığı yada salınıb.
USAN bütün soydaşlarımızı məktub kampaniyalarına qoşulmağa çağırıb.
Məktub kampaniyalarına aşağıdakı linklər vasitəsilə qoşulmaq olar:
https://www.votervoice.net/AZERI/Campaigns/79511/Respond?vvsn=BTcAAgENACXaTAXQwmX7BAA
https://www.votervoice.net/AZERI/Campaigns/79729/Respond?vvsn=BTcAAgENACxdTAH69oX7BAA