Soydaşlarımız Ukrayna Prezidentinə və xalqına başsağlığı ünvanlayıblar

26.01.2021

Ukraynada yaşayan soydaşlarımız Xarkov şəhərindəki ahıllar evində baş verən faciəyə görə Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət ediblər.
Ukrayna Azərbaycanlıları Radasının (UAR) dövlət başçısına ünvanladığı məktubda bildirilir ki: 21 yanvar 2021-ci il tarixində baş vermiş yanğın nəticəsində 15 nəfərin həlak olması xəbərindən çox kədərləndik. UAR rəhbərliyi faciə ilə əlaqədar Ukrayna Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir.