Polşa mediasında Azərbaycanın haqlı mövqeyindən bəhs edilib
Polşanın "Gazeta Olsztyńska" qəzetində Polşa Azərbaycanlıları Şurasının üzvü Emin Hüseynovun müsahibəsi dərc olunub.
Peşəkar idmançısı, hazırda Polşada yaşayan və "LKS Niedźwiedź Kętrzyn" boks klubunun rəhbəri, ixtisasca iqtisadçı menecer olan soydaşımız müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın bu münaqişədə haqlı və ədalətli mövqeyi, Xocalı soyqırımı, dövlətimizin və xalqımızın əzəli torpaqlarımızı Ermənistanın işğalından qurtarmaq və ərazi bütövlüyümüzü bərpa etmək naminə 30 il mübarizə aparması, Azərbaycan Prezidenti İlham Əliyevin BMT baş katibi Antonio Quterreşi və dünya birliyini Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı hazırladığı hərbi təxribatlar barədə öncədən xəbərdar etməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücum etməsi, 44 günlük Vətən müharibəsi zamanı tarixi Qələbənin əldə edilməsi barədə ətraflı məlumat verib.
Müsahibədə Azərbaycan və Polşa arasında tarixi dostluq əlaqələrinə, qarşılıqlı münasibətlərə də diqqət cəlb edilib.