Türkiyədə fəaliyyət göstərən Dərnək 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

26.01.2021

Türkiyədə fəaliyyət göstərən Azaflı Sosial Yardım və Kültür Dərnəyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda SSRİ rəhbərliyinin göstərişi ilə 31 il öncə Bakı şəhərində və Azərbaycanın bir sıra rayonlarında mülki vətəndaşlara qarşı törədilmiş kütləvi qırğın hiddətlə pislənilib.

Bildirilib ki, 1991-ci ildə dövlət müstəqilliyimizin bərqərar olması, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması nəticəsində 20 Yanvar və Qarabağ şəhidlərinin qisası alınıb, qəhrəman oğul və qızlarımızın qanı yerdə qalmayıb.