20 Yanvar hadisəsi barədə italyan dilində videomaterial hazırlanıb

22.01.2021

Azərbaycan İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videomaterial hazırlanıb.
İtalyan dilində hazırlanan məlumat xarakterli videomaterialda 31 il öncə xalqımızın haqq və müstəqillik uğrunda apardığı mücadilə zamanı başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyinin qeyri-qanuni və məkrli şəkildə törətdiyi amansız hərbi təcavüzə məruz qaldığı nəzərə çatdırılıb. Məhz Qorbaçovun əmri ilə sovet qoşun hissələrinin Bakı sakinlərinə atəş açdığı, bu zaman aralarında müxtəlif millətlərin nümayəndələrinin olduğu yüzlərlə azərbaycanlının qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü vurğulanıb. Qeyd edilib ki, uzun illərdən sonra M.Qorbaçov 20 Yanvar faciəsini "həyatının böyük səhvi" adlandırıb.
Videomaterialı bu linkdən izləmək mümkündür: https://youtu.be/xW6hNg-YT5Y