İordaniyada virtual anım tədbiri keçirilib

22.01.2021

İordaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş virtual anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra şəhidlərə ithaf olunmuş videomaterial nümayiş etdirilib.
Tədbir iştirakçıları Qara Yanvar gecəsi ilə bağlı şahidi olduqları dəhşətli hadisələrdən danışıblar, SSRİ rəhbərliyinin xalqımıza qarşı amansız və qanlı kütləvi qırğın törətdiyini bildiriblər. Onlar insanlığa zidd cinayəti həyata keçirənlərin indiyədək ədalət mühakiməsinə cəlb olunmadıqlarından təəssüfləndiklərini qeyd edərək 20 Yanvar faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar.
Tədbiz zamanı azyaşlı soydaşlarımız Sinay və Asyanın 20 Yanvar hadisələrinə həsr etdikləri şəkillər də nümayiş olunub.