Nyu-Yorkda yerləşən Sultan Eyyub məscidində 20 Yanvar şəhidləri anılıb
ABŞ-da fəaliyyət göstərən Azərbaycan – Nyu-York Assosiasiyasının təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Nyu-Yorkda yerləşən Sultan Eyyub məscidinə toplaşan azərbaycanlı icmasının nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıblar. Mərasimdə SSRİ rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində Bakıya qoşun hissələrinin yeridildiyi, dinc yolla birtərəfli və qərəzli siyasətə etiraz edən, ədalət, azadlıq və müstəqillik tələb edən azərbaycanlılara qarşı qanlı hərbi cinayət törədildiyi nəzərə çatdırılıb.
Tədbir şəhidlərimizin ruhuna duaların oxunması ilə başa çatıb.