20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib

21.01.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin təşkilatçılığı ilə "20 Yanvar faciəsi və bunun müasir siyasi fəlsəfə kontekstində təhlili" mövzusunda vebinar keçirilib.

Vebinara Litva, Fransa, İtaliya, Almaniya, Misir, Şimali Kipr Türk Respublikası, Azərbaycan və başqa ölkələrdən izləyicilər qatılıb.

Tədbirdə məruzəçi qismində fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub çıxış edərək 20 Yanvar faciəsinin tarixi əsasları, siyasi-fəlsəfi motivləri barədə danışıb. Məruzəçi 20 Yanvar faciəsini imperialist dövlətin cinayəti kimi qiymətləndirib. "Səbəb nə idi? Azərbaycan xalqının müstəqil olmaq istəyi. Totalitar Sovet İttifaqı bunu həzm edə bilmirdi", - deyə filosof vurğulayıb.

Vebinar müxtəlif məzmunlu sualların cavablandırılması və müzakirələrin aparılması ilə yekunlaşıb.