Niderland mediasında 20 Yanvar faciəsinə dair faktlar təqdim olunub

20.01.2021

Niderland Krallığının "Haber.nl" xəbər portalında "Azərbaycan 20 Yanvar şəhidlərini anmağa hazırlaşır" başlıqlı məqalə yayımlanıb.

"Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun rəhbəri Kəmalə Ceylinova və Avropa Azərbaycanlıları Media Qrupun rəhbəri Emil Əliyevin birgə məqaləsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu hissələrinin qeyri-qanuni olaraq Bakıya yeridilməsindən və dinc azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətməsindən bəhs olunub. Qanlı qırğına dair faktlar niderland və ingilis dillərində təqdim edilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı lindən oxumaq mümkündür: https://www.haber.nl/azerbaycan-20-ocak-sehitlerini-anmaya-hazirlaniyor/