İsveçdə Vətən müharibəsi şəhidləri yad edilib
İsveçdə yaşayan soydaşlarımız 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi önündə bir araya gəliblər.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir zamanı səfirliyin binası qarşısında "2783 şəhid... 10 milyon yaralı", "Vətən sağ olsun!", “Şəhidlərimizə ömür boyu bocluyuq!” şüarlarının, "Xarı bülbül" çiçəyinin təsvir olunduğu plakatlar nümayiş etdirilib, güllər düzülüb, şamlar yandırılıb.
Əllərində Azərbaycan və Türkiyənin bayraqları olan tədbir iştirakçıları torpaqlarımızın erməni işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda böyük fədakarlıqla canından-qanından keçən igidlərimizin ünvanına ürək sözlərini deyiblər, "Şəhidlər ölməz, Vətən bölünməz!" şuarını səsləndiriblər.
Mərasim şəhidlərimizin ruhuna duaların oxunması ilə yekunlaşıb.