Diaspor rəhbərləri Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik ediblər
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və tanınmış soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin direktoru Arye Qut, Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının Prezidenti Fərid Mustafayev, Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Ənvər Türkoğlu, Azərbaycan–İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Avropa Azərbaycanlıları Media Qrupunun sədri Emil Əliyev, Azərbaycan–Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın, "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun sədri Kəmalə Cəylinova, Çikaqo şəhərindəki Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin sədri Fərid Məmmədov, Yuta Azərbaycan İcması adından Faiq Səfərli, Polşadakı Azərbaycan Evinin direktoru Lalə Zeynalova, İzmirdəki Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Mülazim Paşa, Berlindəki Almaniya Azərbaycanlıları Alyansının icraçı direktoru Qurban Məmmədov, Vyana şəhərindəki Avstriya–Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (Azeri–DER) sədri Yardım Günəş, "SAF" İsveç–Azərbaycan Birliyinin sədri Sevda Dadaşova, Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə, ABŞ-Azərbaycan Qarabağ Atlarını Xilasetmə Assosiasiyasının həmtəsisçisi Samir Noruzov Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında soydaşlarımızın Vətənimizə böyük və parlaq Qələbə qazandıran qətiyyətli, müdrik və praqmatik dövlət xadimi ilə fəxr etdikləri bildirilib.
Soydaşlarımız dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti dəstəklədiklərini vurğulayaraq möhtərəm cənab Prezidentə müstəqil dövlətimizin inkişafı və daha da güclənməsi naminə həyata keçirdiyi bütün işlərdə uğurlar arzulayıblar.