Serbiya mediası Azərbaycanda bayram əhval-ruhiyyəsinin hökm sürdüyünü yazıb

09.12.2020

Serbiya mətbuatı Dağlıq Qarabağ ərazisinin işğaldan azad edilməsi və bu münasibətilə Azərbaycanda bayram əhval-ruhiyyəsinin yaşandığına dair məqalə dərc edib. Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə www.nedeljnik.rs xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ərazilərdə nəzarətin bərpa olunmasını tarixi qələbə adlandırıb.

Prezidentin xalqa müraciətində "Biz hamımız bir arzu ilə yaşayırdıq və indi onu həyata keçirmişik. Biz döyüş meydanında və siyasi arenada qalib gəlmişik və bu qələbə ölkəmiz üçün yeni mərhələ açır. Bu, inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaq" fikrini söylədiyinə diqqət cəlb edilib.

Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğu, Ermənistanın bu bölgəni və ona bitişik rayonları işğal etdiyi, sentyabrın 27-də başlamış 44 günlük müharibə ərzində Azərbaycan ordusunun torpaqları işğaldan azad etdiyi və ərazi bütövlüyünün təmin olunduğu qeyd edilib. Azərbaycan ordusunun qazandığı hərbi üstünlük nəticəsində Ermənistanın sülh razılığına imza atmağa məcbur olduğu bildirilib.
Müharibənin nəticələrinin Azərbaycanda bayram edildiyi, Ermənistanda isə kütləvi etiraz aksiyalarına səbəb olduğu vurğulanıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.nedeljnik.rs/azerbejdzan-slavi-jer-je-povratio-teritoriju-u-nagorno-karabahu-ziveli-smo-sa-jednim-snom-i-sada-smo-ga-ostvarili