Tuvadakı soydaşlarımız həkimlərə yardım göstərib
Rusiya Federasiyasının Tuva Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporu COVID-19 pandemiyasına qarşı mübarizə aparan yerli həkimlərə yardım göstərib.
Qızıl şəhər şurasının deputatı Çingiz Əliyev bildirib ki, koronavirus pandemiyası bir daha həkim peşəsinin necə vacib olduğunu göstərdi. "Sağlamlıqları ilə risk edən tibb işçiləri bütün güclərini həyatımızı xilas etməyə sərf edirlər. "Vahid Rusiya" partiya fraksiyasının toplantısında deputatlar "qırmızı zona"da yerləşən həkimlərə yardm göstərilməsi barədə qərar qəbul ediblər. Mən də fraksiyanın deputatı kimi bu aksiyada iştirak etdim".
Ç.Əliyev xeyriyyə aksiyasını dəstəkləyən Azərbaycan diasporuna minnətdarlığını bildirib: "Azərbaycan diasporu regionun hər bir tədbirində aktiv iştirak edir və bütün işlərdə fəallıq nümayiş etdirir. Diasporumuz Tuvada ən yüksək səviyyədə təmsil olunur".