İsraildəki sərgidə Azərbaycan da təmsil olunub

05.12.2020

İsraildə keçirilən "Kukla – daxili aləm" ("The Doll – the World within") adlı sərgidə Azərbaycan da təmsil olunub.

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə İsrail, Azərbaycan, Ukrayna, Rusiya, ABŞ, Avstriya, İtaliya və Latviyanın aparıcı rəssamlarının əsərləri təqdim olunub.

Bütün dünyada bədii kuklaların təsviri sənətin yeni və perspektivli növü kimi çoxdan tanındığını vurğulayan təşkilatçılar hesab edirlər ki, bu sərgi İsraildə kukla sənətinə marağı artıra bilər. Ona görə ki, yerli sakinlər çox nüfuzlu sənətkarların, Avropa və Amerika peşəkarlarının yaradıcılığı ilə tanış olmaq imkanı qazanıblar.

Azərbaycan sərgidə həmvətənimiz Rəvanə Yaqubovanın “milli geyimdə kişi" əsəri ilə təmsil olunub. Sərginin baş kuratoru, sənətşünas Yelena Kunina deyib ki, bir neçə il öncə böyük həvəslə Bakıdakı sərgidə iştirak edib və azərbaycanlı kuklaçı Rəvanə Yaqubovanın İsraildəki sərgiyə qatılmasından çox məmnundur.