Avstraliya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

17.11.2020

“Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan uzunmüddətli dövlət siyasəti var”, – bu fikir Avstraliya Xarici İşlər Nazirliyinin Avstraliya–Azərbaycan–Turk Dostluq Birliyinin sədri İmaməddin Qasımova ünvanladığı cavab məktubunda bildirilib.

Məktubda qeyd edilib ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı Avstraliya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və müdaxilə etməyə çalışmır.

“Münaqişə hərbi yolla deyil, tərəflər arasında danışıqlar vasitəsi ilə həll olunmalıdır. Xarici İşlər Nazirinin 1 oktyabr açıqlamasında “mübahisəli ərazilərdən” bəhs etməsi münaqişənin özünə istinad edir və Avstraliyanın mövqeyində hər hansı dəyişikliyi əks etdirmir”, - deyə vurğulanıb.

Qeyd edək, 2 oktyabr 2020-ci il tarixində İmaməddin Qasımov Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və ərazi bütövlüyünün tanınması ilə bağlı Avstraliya hökumətinə müraciət edib.