17 noyabr - Milli Dirçəliş Günüdür!

17.11.2020

17 noyabr Azərbaycan xalqının Milli Dirçəliş Günü - birlik və həmrəylik bayramıdır. Bu münasibətlə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirik.

Ötən əsrin 80-ci illərinin sonlarından geniş vüsət alan xalq azadlıq hərəkatı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərə təsadüf edir. Ümummilli liderin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrilmişdir.

Bu gün möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımız Şuşada və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalanır. Bu, Azərbaycan dövlətinin tarixi qələbəsi və unudulmaz zəfəridir.

Bir daha Diasporla İş üzrə Dövlət Komitəsi olaraq soydaşlarımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edir, doğma Vətənimizin daha da inkişaf etdirilməsi yolunda fəaliyyətlərində uğurlar arzu edirik.