Polşada yaşayan azərbaycanlının ölümü araşdırılır

13.11.2020

Diasporla İş üzrə Dövlət Komitəsi bildirir ki, əldə olunan məlumata görə, 3 ilə yaxındır ki, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.

Məlumat əldə edildikdən dərhal sonra Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Diasporla İş üzrə Dövlət Komitəsi hadisəni nəzarətdə saxlayır.