Yuta ştatında Azərbaycana aid lövhələr quraşdırılıb
ABŞ-ın Yuta ştatının Solt Leyk şəhərinin mərkəzi yollarında “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb.
Lövhələrin quraşdırılmasının təşəbbüskarı Yuta ştatında Azərbaycan icmasının təmsilçisi Faiq Səfərlidir. Soydaşımız bildirib ki, lövhələrdən biri Pasefik Prospekti 80 ünvanında, digər isə Solt Leyk şəhər Polis idarəsi binasının yanında quraşdırılıb. O, bu ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.