Ermənistanın ölkəmizə qarşı törətdiyi ekoterrorizm alman oxucularının nəzərinə çatdırılıb

11.11.2020

Almaniyanın "nex24.news" xəbər portalında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrorizmdən bəhs edən məqalə dərc olunub.

Almaniyada yaşayan azərbaycanlı alim Fərid Cəfərlinin qələmə aldığı məqalədə qeyd edilib ki, Ermənistan təkcə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal etməyib, həm də ölkəmizin ekoloji mühitinə ağır zərbələr vurub. 1976-cı ildə Azərbaycanın Tərtər çayı üzərində inşa etdiyi Sərsəng su anbarı vasitəsilə ermənilər Azərbaycan torpaqlarında quraqlıq yaradıb, Dağlıq Qarabağdakı faydalı qazıntıları vəhşicəsinə istismar etməklə Araz çayını çirkləndirib, Kəlbəcərdə və işğaldan azad olunmuş Zəngilanda qızıl yataqlarını talan edib, Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhərin ətrafındakı meşədə fosfor bombaları ilə yanğın törədib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://nex24.news/2020/11/dr-farhad-jafarli-armenien-hat-die-goldvorraete-bergkarabachs-gepluendert