Diaspor könüllüləri Dövlət Bayrağı günü münasibətilə tədbir keçirib

10.11.2020

“Azərbaycan Diaspor Könüllüləri” 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə xüsusi aksiya təşkil edib. Aksiyadan öncə əllərində tər qərənfillər tutan könüllü gənclər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra Fəvvarələr meydanında xüsusi aksiya təşkil edən könüllülər xarici vətəndaşlara və uşaqlara Dövlət Komitəsi adından üçrəngli bayrağımızı hədiyyə edərək Dövlət Bayrağı və Bayraq Günü ilə bağlı məlumat veriblər. COVID-19 ilə bağlı mövcud qaydalara əməl etməklə keçirilən aksiyada 100-lərlə dövlət bayrağı xarici və yerli vətəndaşlara hədiyyə edilib. Yerli və xarici vətəndaşlar, xüsusilə azyaşlı uşaqlar Dövlət Bayrağımız haqqında məlumatlandırılıb.

Qeyd edək ki, əlamətdar günlərdə diaspor könüllülərinin belə tədbirlər təşkil etməsi, artıq ənənəvi hal alıb. Ötən ilin Bayraq günündə də könüllülər anoloji tədbir keçirib.