Mayaminin əsas yollarında “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr quraşdırılıb.
Assosiasiyanın sədri Tövhə Eminova lövhələrin ermənilərin sıx yaşadığı ərazilərdə - “Fort Lauderdale” beynəlxalq hava limanının önündə və ABŞ-n digər ştatlarına gedən yolları birləşdirən mərkəzi hissədə quraşdırıldığını deyib. O Bildirib ki, bu yerlər təsadüfi seçilməyib, məqsəd odur ki, daha çox inşan lövhələri və “Karabakh is Azerbaijan” şüarını görsün. Assosiasiya rəhbəri ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.
Tövhə Eminova, həmçinin əlavə edib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşib.
Qeyd edək ki, lövhələrin dizaynı ABŞ-da yaşayan həmyerlimiz Cəmilə Cavadovaya və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur.