Belçikanın Ham şəhərində terror qurbanlarının xatirəsi yad edilib
Belçikanın Ham şəhərində işğalçı Ermənistan ordusunun Bərdə və Gəncə şəhərlərinə, eləcə də digər yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə hücumu nəticəsində həyatlarını itirən mülki şəxslərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.
Azərbaycanlı və türkiyəli icma nümayəndələrinin iştirak etdiyi anım mərasimində çıxış edən Belçika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Ermənistanın Azərbaycanda törətdiyi terror aktları barədə məlumat verib, dinc əhalinin və günahsız körpələrin işğalçı Ermənistan ordusu tərəfindən qəsdən hədəfə alınmasının yolverilməz olduğunu bildirib.