“Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə üzrə koordinatoru erməni terrorundan yazıb

02.11.2020

“Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə üzrə koordinatoru doktorant Elvin Abdurahmanlının Türkiyənin “bursaarena.com” saytında “Dağlıq Qarabağda hazırki vəziyyət” adlı məqaləsi dərc olunub.

Məqalədə humanitar atəşkəs barədə razılaşma əldə edilməsinə baxmayaraq işğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir və digər yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutması haqqında ətraflı informasiya verilib.

Qeyd edilib ki, işğalçı Ermənistan mülki insanları, azyaşlı uşaqları beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş raketlərlə hədəfə alır. Nəticədə dinc insanlar, azyaşlı uşaqlar həlak olur, evlər və mülki obyektlər dağılır.

Beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası uğrunda Azərbaycanın apardığı haqlı mübarizə, Ermənstanın işğalından azad edilmiş şəhər və rayonlar haqqında da məqalədə informasiya verilib. Həmçinin vurğulanıb ki, beynəlxalq hüquq normalarına məhəl qoymayan işğalçı dövlət 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853,874 və 884 saylı) heçə sayır və icra etmir.

”Son proseslər göstərir ki, Azərbaycan ordusu Dağlıq Qarabağda irəliləməyə davam edəcək və erməni işğalında olan torpaqlar azad ediləcəkdir. Azərbaycan öz hüququnu və ərazi bütövlüyünü qorumaq üçün Dağlıq Qarabağda mübarizə aparmaqdadır”- deyə məqalədə bildirilib.

Məqalənin tam nətni: https://www.bursaarena.com.tr/ozel-haber/elvin-abdurahmanli-yazdi-daglik-karabagda-guncel-durum-h34833.html