Edmonton şəhərində Gəncədəki terror aktları pislənilib
Kanadanın Edmonton şəhərində Azərbaycan Mədəniyyət Cəmiyyətinin (AzCSE) təşkilatçılığı ilə Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.
Tədbirdə işğalçı Ermənistan ordusunun Gəncədə törətdiyi terror aktları qurbanlarının xatirəsi yad edilib.
Aksiya iştirakçıları Azərbaycan və Kanadanın bayraqlarını dalğalandıraraq ədalətli mübarizəsində dövlətimizə dəstək nümayiş etdiriblər. Aksiyada “Qarabağ Azərbaycandır”, “Gəncə cəbhə bölgəsi deyil”, “Uşaq ölümünə son oyun!”, “Mülki insanlar toxunulmazdır”, “Erməni terroruna son qoyun!”, “Ermənistan uşaq qatilidir”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar səsləndirilib, işğalçı Ermənistanın terror əməlləri pislənilib.
Tədbir zamanı üçrəngli bayrağımız Edmontonun ən gözəl guşələrindən birində dalğalandırılıb və yerli əhali Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıb.
Aksiyanı Kanadanın ən nüfuzlu xəbər kanallarından olan CTV News-un Edmonton bölməsi də işıqlandırıb.