ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşəbbüsü ilə dünyanın ən böyük şəlaləsi və ən məşhur turistik məkanı Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu mənzərə ətrafdakıları və hadisəni izləyənləri heyran qoyub. Şəlalənin üçrəngli bayrağımızın rənginə boyanması dünya azərbaycanlılarının həmrəyliyini əks etdirməklə yanaşı, Kanada və Amerika ictimaiyyətinin diqqətini işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına da yönəldib.