Xaricdə yaşayan soydaşlarımız, diaspor üzvləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür və təbrik məktubları yazmaqda davam edir.
Rusiya Federasiyasından, Birləşmiş Ərəb Əmirliklərindən, Qazaxıstandan, Misirdən, Türkiyədən, Ukraynada yaşayan soydaşlarımızın ünvanladığı məktublarda Azərbaycan ordusunun düşmənin hərbi təxribatlarına layiqli cavab verməsi, uğurlu əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad olunması alqışlanır və əldə olunan zəfərlərə görə ölkə başıçısına minnətdarlıq ifadə olunur.
Bildirilir ki, müxtəlif ölkələrdə yaşayan hər bir azərbaycanlı öz Vətəninin, xalqının yanındadır və Azərbaycan Prezidentinin torpaqlarımızın azad olunması istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyir.
Məktublarda tezliklə Ermənistan tərəfindən işğal olunmuş bütün Azərbaycan torpaqlarının azad edilməsinə ümid ifadə olunub.