Türkiyənin Protestant Baptist Kilsələri sədri Ertan Çevik təcavüzkar Ermənistanın ölkəmizin mülki əhalisini hədəfə almasını pisləyib.
Ertan Çevik bildirib ki, 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal edən və dinc azərbaycanlılara qarşı Xocalı kimi qətliamlar törədən Ermənistanı qınayirlar. Dünyanın və region ölkələrinin barışa, sevgiyə və həmrəyliyə daha çox ehtiyac duyduğunu vurğulayan E.Çevik Ermənistan və Azərbaycan arasındakı hərbi toqquşmalardan və itkilərdən üzgün olduqlarını qeyd edib: "İtkilərin artmaması üçün hücumların dayandırılması, bölgədə və xalqlar arasında barışın və əmin-amanlığın hökm sürməsi üçün dua edirik".
Eyni zamanda, E.Çevik qeyd edib ki, savaşa qarşı olduqlarına baxmayaraq, Azərbaycanın öz torpaqlarını müdafiə etməsi tamamilə haqlıdır: "Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını, daha artıq ölüm və yaralanmalara səbəb olmamasını gözləyirik. İki ölkə arasında sülhün tez əldə olunmasını arzulayırıq".