Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması Rusiya Federasiyasının bu ölkədəki səfirliyinə müraciət edib.
Avstraliya-Azərbaycan Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oytanın imzası ilə səfir Aleksey Pavlovskiyə ünvanlanmış məktubda Ermənistanın Rusiya vasitəsilə əldə olunmuş humanitar atəşkəs rejimini pozduğuna, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarının kəndlərinə raket zərbələri endirdiyinə, bu zaman mülki əhalini və infrastrukturu hədəfə aldığına diqqət cəlb edilib.
Müharibə zonasından uzaqda yerləşən Gəncə sakinlərinin Ermənistan ərazisindən dağıdıcı silahlarla bombardman edilməsi hərbi cinayət, Ermənistanın hərbi-siyasi rəhbərliyinin təcavüzkar hərəkətlərinin təzahürü və beynəlxalq qanunların pozulması kimi qiymətləndirilib.