Azərbaycanlıları birliyə səsləyən Diaspor marşı yazılıb

14.10.2020

Ukraynada fəaliyyət göstərən soydaşlarımızın təşəbbüsü ilə Diaspor marşı yazılıb.

Layihənin rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadovdur. O, bildirib ki, marşın ərsəyə gətirilməsində məqsəd dünya azərbycanlılarını Qarabağ uğrunda birliyə və həmrəyliyə səsləməkdir. Bu məqsədlə klipin çəkilməsi də nəzərdə tutulub.

Marşın sözləri Hikmət Cavadova və Arif Buzovnalıya, musiqisi bəstəkar, Azərbaycanın Xalq artisti Aygün Səmədzadəyə məxsusdur.