Rotterdam şəhərində Azərbaycan və Türkiyə dövlətlərinə dəstək ifadə olunub

13.10.2020

Niderlandın Rotterdam şəhərində Azərbaycan və Türkiyəyə dəstək məqsədilə tədbir kecirilib.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə BAK sədri Elsevər Məmmədov, Hollanda Turk Federasiyasının sədri Murad Gedik, BAK sədrinin müavini Sima Cəfərova, Niderland-Belcika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Agamirzəyeva, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyətinin sədri Niyazi Əmikişizadə, Niderland-Azərbaycan "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bagırova, "Odlar Yurdu" Birliyinin təsiscisi Rəşad Sadıqov və digərləri çıxış ediblər. Natiqlər qeyd ediblər ki, Niderlanddakı bütün soydaşlarımız müstəqil Azərbaycan dövlətinə hərtərəfli dəstək göstərməyə hazırdırlar: "Qarabağ məsələsində hamı bir nəfər kimi dövlət başçımızın ətrafında sıx birləşib".

Tədbir iştirakçıları rəsmi Ankaraya və türk xalqına Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər və bu yaxşılıgı hec bir zaman unutmayacaqlarını vurğulayıblar.

Tədbir Niderlandda yaşayan azərbaycanlı mügənni Sadıx Agamalıyevin "Yaşa, Azərbaycan" mahnısını və "Azərbaycan əsgəri" marşını ifa etməsilə yekunlaşıb.