Kanada televiziyasında Qarabağdan bəhs edilib

13.10.2020

Kanadanın "CTV News Channel" telekanalında işğalçı Ermənistan ordusunun Azərbaycana 27 sentyabr 2020-ci il tarixli hücümundan sonra Qarabağ cəbhəsində yaranmış vəziyyətdən danışılıb.

Telekanala müsahibəsində Kanadada yaşayan həmvətənimiz, beynəlxalq münasibətlər, kommunikasiya və dövlət idarəçiliyi üzrə ekspert Anar Cahangirli Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumat verib. Ekspert qeyd edib ki, hazırda baş verənlərə 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn yeni baş nazir yol verdiyi yanlış addımlarla bais olub. Rəsmi İrəvanın mövqeyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olur və danışıqları mənasız edir.

A.Cahangirli xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə əsasən, Ermənistan qoşunları Dağlıq Qarabağdan və ona bitişik 7 rayondan dərhal və qeyd-şərtsiz çıxmalıdır.

Müsahibəni aşağıdakı link vasitəsilə izləmək olar:

https://www.facebook.com/farah.azerbaijan/videos/1261266230886459/