ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində fəaliyyət göstərən Azərbaycan icması təmsilçilərinin Türkiyənin Baş Konsulluğunda görüşü keçirilib.
Türkiyənin Çikaqo şəhərinə yeni təyin olunmuş Baş konsulu Engin Tures və müavini Ənvər Husmenoğlu ilə baş tutan görüş zamanı Ermənistanın 27 sentyabr hücumundan sonra Azərbaycanda yaranan mövcud durum müzakirə olunub. Ermənistanın təcavüzünə əks-hücumla cavab verməyə məcbur olan Azərbaycan ordusunun xalqımızın özünümüdafiə və ərazü bütovlüyümüzü təmin etmək hüquqlarını həyata keçirdiyi vurğulanıb. Təcavüzkar Ermənistanın cəbhə zonasından uzaqda olan Azərbaycan şəhərlərini və rayonlarını raket zərbəsinə məruz qoyduğu, mülki yaşayış məntəqələrinı və infrastrukturu dağıtdığı, dinc sakinlər arasında ağır itkilərə səbəb olduğu bildirilib.
Konsul bildrib ki, Türkiyə dövləti və türk xalqı Azərbaycanın haqlı mövqeyini müdafiə edir və bütün anlarda ölkəmizin yanındadır.
Görüş zamanı Azərbaycan və türk icmalarının birgə fəaliyyət yolları barədə geniş fikir mübadiləsi aparılıb.