Beynəlxalq Demokratlar Birliyinin nümayəndələri Münhendəki Azərbaycan evində olublar

12.10.2020

Münhendə fəaliyyət göstərən Beynəlxalq Demokratlar Birliyinin təmsilçiləri bu şəhərdə yerləşən Azərbaycan Evini ziyarət ediblər.

Münhen-Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, görüşdə Beynəlxalq Demokratlar Birliyinin Bavariya əyaləti üzrə sədrləri Mehmet Mert və Erkan Balkaya iştirak ediblər. Qonaqlarla işğalçı Ermənistanın 27 sentyabr hücumunun Azərbaycanda yaratdığı mövcud vəziyyət müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə, torpaqların Ermənistanın işğalından azad olunması və ərazi bütövlüyünün bərpa olunması uğrunda haqlı mübarizə aparır.

Birlik təmsilçiləri Azərbaycanın haqq işində ölkəmizin yanında olduqlarını və Mədəniyyət Mərkəzinə hər cür dəstək göstərməyə hazır olduqlarını bildiriblər.