Britaniya parlamentinin binası qarşısında “Qarabağ Azərbaycandır!” banneri asılıb

09.10.2020

Böyük Britaniya parlamentinin binası qarşısında “Qarabağ Azərbaycandır!” banneri nümayiş olunub.

Londonda yaşayan azərbaycanlılar tərəfindən təşkil edilən aksiyada “Qarabağ Azərbaycandır!” banneri ən mərkəzi küçələrindən biri olan parlament meydanında yerləşdirilib. Banner bir neçə saat ərzində nümayiş etdirilib.

Həmçinin, London küçələrində hərəkət edən üzərində ekran quraşdırılmış avtomobillərdə ermənilərin işğalçı hərəkətləri və Qarabağ həqiqətlərinə dair məlumatlar verilib.

Xatırladaq ki, soydaşlarımız bu həftə ərzində Azərbaycanı dəstəkləyən bir sıra ölkələrin Londondakı səfirliyinə təşəkkür məktubları da ünvanlayıblar.