Avstraliya mediasında Azərbaycana həsr olunmuş məqalə dərc edilib

09.10.2020

Dünya mediasında işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı təxribatları ciddi şəkildə qınanmaqdadır. Xarici ölkə mətbuatında Azərbaycanın haqlı mövqeyi ifadə edilir, mülki vətəndaşların və obyektlərin atəşə tutulması pislənilir.

Avstraliya mediasında yayımlanmış "Ermənistanın təcavüzünü pisləməklə bütün dünyanın diqqətini cəlb edib" başlıqlı məqalədə də Azərbaycanın mükli əhalisinə və infrastrukturuna Ermənistanın təcavüzü qətiyyətlə pislənir və Ermənistanın hərbi-siyasi rəhbərliyini yaranmış mövcud vəziyyətdə ittiham edilir.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə geniş yer verilib.

Məqalənin tam mətni bu linkdə: https://www.vibemedia.net.au/azerbaijan-denounces-armenian-aggression-called-world-attention/