Rusiyada yaşayan azərbaycanlı akademik Fazil Qurbanov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ad günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident!
Şəxsən mənim və Rusiyanın çoxmilyonlu Azərbaycan diasporunun ən səmimi təbriklərini qəbul edin. Rusiyanın dirçəlişi və dövlətçiliyinin möhkəmləndirilməsi birmənalı olaraq Sizin adınızla bağlıdır.
Sizin sayənizdə Rusiya qanuni maraqlarını beynəlxalq arenada açıq və inamla müdafiə edir və dünyada sabitliyin ümumi qəbul edilmiş təminatçısıdır. Rusiyanın müasir imici Sizin rəhbərliyiniz altında həyata keçirilən ən mühüm sosial-iqtisadi islahatlar sayəsində formalaşmışdır. Siz istedadlı dövlət xadimi və güclü lider kimi həm ölkəmizdə, həm də dünyada hörmət qazanmısınız.
Sizin yürütdüyünüz müdrik milli siyasət Rusiyada millətlərarası münasibətlərin inkişafına və xalqların rifahına müsbət təsir göstərir.
Rusiya çoxmillətli və çoxkonfessiyalı dövlətdir və milliyətindən, dinindən asılı olmayaraq insanların bir-birinə tolerant münasibəti Rusiya dövlətçiliyinin təməlini təşkil edir.
Bu əlamətdar gündə Sizə cansağlığı, xoşbəxtlik, yeni qələbələr və müvəffəqiyyətlər, sülh və firavanlıq arzulayıram”