Niderland Türk Federasiyası Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat yayıb

07.10.2020

Niderlandda fəaliyyət göstərən Türk Federasiyası (NTF) işğalçı Ermənistanın cəbhə zonasından uzaq olan Azərbaycan şəhərlərini raket zərbələrinə məruz qoymasına etiraz olaraq bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ermənistanın raket atəşilə mülki insanları və obyektləri hədəfə alması yolverilməzdir. NTF hesab edir ki, əbədi sülhün bu regiona gəlməsi təcavüzkar, işğalçı qüvvələrin beynəlxalq qanun normalarına uyğun olaraq Qarabağı birdəfəlik tərk etməsi zamanı mümkün olacaq.