Avstraliyadakı icmamız yerli medianın dezinformasiyalarına etiraz edib

07.10.2020

Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması yerli mediada ölkəmizin və qardaş Türkiyənin əleyhinə dərc olunmuş məqalələrə etiraz edib.

Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) prezidenti Mikayıl Oytanın yerli KİV-lərə ünvanladığı etiraz bəyanatında bildirilib ki, bu yazılar dezinformasiyalardan ibarətdir və heç bir sübuta əsaslanmayıb Bəyanatda qeyd olunur ki, bu cür yazılar insan hüquqlarını guya müdafiə edən müəllifləri utandırmalıdır. Əsl demokratiya və insan hüquqları beynəlxalq hüququn aliliyinə hörmət, dini və etnik mənsubiyyətindən asılı olmayaraq qanunla hərəkət etməkdir.

AAA rəhbəri jurnalistləri faktları yoxlamağa, hüququn aliliyi prinsipi ilə hərəkət etməyə, bərabərlik, ədalət kimi dəyərləri üstün tutmağa çağırıb.