Rumıniyanın "mondonews.ro" xəbər portalında son günlər Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinə raket zərbələri endirilməsi barədə məqalə dərc edilib və video material yayımlanıb.
Qeyd edilib ki, bazar ertəsi səhərdən Azərbaycana məxsus radiolokasiya sistemı Ermənistanın Cermuq, Qafan və Berd rayonlarından Azərbaycan ərazisinə buraxılan bir neçə raketi qeyd edib. Artıq neçə gündür ki, Ermənistan sistematik olaraq əhalinin sıx yaşadığı Azərbaycan şəhərləri və rayonlarında mülki infrastruktura raket zərbələri endirir. Gəncə, Mingəçevir və digər ərazilərin Ermənistan tərəfindən raket atəşinə tutulması ilə bağlı video təqdim edilir.
Məqalənin tam mətni bu linkdə: