Müzəffər ordumuzun hər şanlı qələbəsi erməniləri və onların havadarlarını daha da qəzəbləndirdiyindən onlar bütün vasitələrlə rəşadətli əsgərlərimizi durdurmağa çalışırlar.
Bu dəfə erməni lobbisi ABŞ Konqresinin Nümayəndələr Palatasının müzakirəsinə Azərbaycan əleyhinə 1165 saylı qətnaməni çıxarmağa hazırlaşır. Müzakirələrin oktyabrın 6-da keçiriləcəyi gözlənilir.
Bu prosesə Konqresin erməni qrupunun həmsədrləri erməni kökənli Ceki Şpeyer (https://speier.house.gov/contact-jackie) və Frank Pallone (https://pallone.house.gov/contact/offices) rəhbərlik edirlər. Onların hər ikisi demokratdır, "erməni soyqırımı" aktının həmsponsoru olublar.
C.Şpeyer artıq 1165 saylı qətnaməyə Nümayəndələr Palatasının 46 üzvündən dəstək imzası alıb. Onların arasında demokrat və respublikaçı konqresmenlər var.
Hazırda ABŞ-da yaşayan həmvətənlərimiz və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən istənilən amerikalı şəxsin (ABŞ vətəndaşı olmaq vacib deyil) 1165 saylı qətnamənin qəbulunu dayandırmaq, konqressmenlərə həqiqətləri çatdırmaq üçün aşağıdakı imzatoplama kampaniyasında iştirak etməsi, yaşadığı ştatı təmsil edən Nümayəndələr Palatasının üzvlərinə – konqresmenlərə telefon açıb, məktub yazıb, həqiqətləri çatdırması zəruridir.
https://www.votervoice.net/mobile/AZERI/Campaigns/77593/Respond