Dünya Azərbaycanlıları Konqresi dünyanın aparıcı dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

06.10.2020

Dünya Azərbaycanlıları Konqresi ATƏT, BMT, Avropa Şurası, Avropa Komissiyasına, Almaniya Kansleri və ABŞ prezidentinə müraciət ünvanlayıb.

Müraciətdə işğalçı Ermənistan ordusu tərəfindən 27 sentyabr 2020-ci il tarixindan başlayan genişmiqyaslı hərbi təxribatlar, beynəlxaql hüququn norma və prinsiplərinə məhəl qoyulmayaraq son 8 gündə Azərbaycanın Qarabağ regionundan kənar ərazilərinin də atəşə tutulduğu qeyd edilir. Paytaxt Bakının yerləşdiyi Abşeronun, ikinci böyük şəhər olan Gəncənin, Mingəçevir şəhərinin və digər ərazilərin ağır artilleriya zərbələrinə məruz qaldığı, yaşayış məskənlərinin və dinc mülki əhalinin hədəfə alındığı bildiririr. Sonda regionda sülh və sabitliyin bərpa edilməsi, hərbi əməliyyatları dayandırması və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması üçün Ermənistana təsir göstərilməsi tələb edilir.