İtaliyanın Korbetta şəhərinin meri Marko Ballarini facebook səhifəsində Azərbaycan xalqı ilə həmrəyliyini bildirib

06.10.2020

Bununla bağlı mer Marko Ballarinin (Marco Ballarini) öz facebook səhifəsində paylaşdığı postda deyilir: Bu çox çətin saatlarda Azərbaycan xalqı ilə qeyd-şərtsiz həmrəyliyimi bildirirəm. Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatların yenidən başlaması kiçik bir narahatlıq yaratmır, Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurasının böyük diqqətinə layiqdir.

Azərbaycanla və xalqı ilə bağladığımız anlaşmalar və əməkdaşlıq sayəsində hökumətimizdən də ciddi maraq gözləyirəm. Ermənistanın tətbiq etdiyi hesablaşmalar, zorakı sui-istifadə və digər xarici millətlərin sahib olduğu geosiyasi və iqtisadi maraqlar qəbuledilməzdir.

Erməni hərbçiləri dərhal Azərbaycan ərazisini tərk etməlidirlər, müharibə ssenarisi qətiliklə dözülməzdir.

Atəşkəsin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi toxunulmazlığına dair qətnamələrə uyğun olaraq yeganə mümkün yol olduğuna inanıram.