Əfqanıstanın Qızılbaş Həmrəylik Şurasından ölkəmizə dəstək bəyanatı

05.10.2020

Əfqanıstanda fəaliyyət göstərən Qızılbaş Həmrəylik Şurası öz facebook səhifəsində Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatda Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu və Azərbaycanın tarixi ərazilərinin Ermənistanın tərəfindən işğal edildiyi qeyd olunub. Bildirilib ki, BMT qətnamələrində də əks edildiyi kimi Ermənistan işğal etdiyi əraziləri dərhal tərk etməlidir.

Bəyanatda işğal edilmiş torpaqların azad edilməsi uğrunda aparılan haqlı mübarizədə Azərbaycan dövlətinə dəstək ifadə edilir.