“Ermənistan təcavüzü dərhal dayandırmalıdır!” - Rusiya Federasiyasının Primoriye diyarında yaşayan soydaşlarımız bu tələblə dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edib. “Dostluq” Azərbaycan diaspor təşkilatının adından yayılan bəyanatda bildirilir ki, Ermənistanın mülki insanları və obyektləri hədəfə alması nəticəsində xeyli sayda dinc sakin, eləcə də hərbi qulluqçuların həlak olub, yaralanıb. Mülki əhaliniin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının tələblərinin kobud surətdə pozulmasıdır.
Müəlliflər tələb edir ki, Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistan təcavüzü dərhal dayandırmalıdır.
Rusiyanın Primoriya diyarında fəaliyyət göstərən “Dostluq” Azərbaycan diaspor təşkilatı dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müaricət edərək Ermənistan dövlətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırır.