Sürixdə Azərbaycana dəstək ifadə olunub

04.10.2020

İsveçrənin Sürix şəhərində "Səninləyik, Ana Vətən" mövzusunda tədbir keçirilib. "Azərbaycanın Dostları" Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlıgındakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, Azərbaycan və Turkiyə diaspor nümayəndələri, azərbaycanlı fəallar və İsveçrədə təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın İsveçrə Konfederasiyasindakı səfiri Xanım Ibrahimovanın soydaşlarımıza müraciəti oxunub. Sonra Azərbaycanın cəbhə xəttində Ermənistanla bas verən hərbi gərginliyi müzakirə edən tədbir iştirakçıları Azərbaycan ordusuna və xalqına dəstək ifadə ediblər. Soydaşlarımız Qarabağ cəbhəsində könüllü döyüşməyə hazır olduqlarını bildirərək bu məsələ ilə bağlı onlara kömək göstərilməsini istəyiblər. Əslən Qarabağdan olan, illər öncə ermənilərin törətdikləri dəhşətləri gözləri ilə görən diaspor üzvlərinin çıxışları tədbir iştirakçılarını duyğulandırıb.

Sonda "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyeva tədbir iştirakçılarının adından bəyanatı oxuyub. Bəyanatda işğalçı Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı hücuma keçməsi pislənilib, təcavüzkar dövlətin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarını azad etməsi tələb olunub.